• $
  • €
  • ₽
  • ₺
  • £

Banklardan ƏDV xəbərdarlığı

Banklardan ƏDV xəbərdarlığı
06.01.2017 16:08
Banklar müştərilərə ƏDV saxlanılması barədə əvvəlcədən xəbərdarlıq etməyə başlayıb.

Azərbaycan bankları kart sahiblərinə internet vasitəsilə həyata keçirilən əməliyyatlar zamanı bəzi vergilərin tətbiqi haqqında məlumatlar göndərməyə başlayıblar. Məsələn, "VTB Azerbaycan” bankının öz müstərisinə göndərdiyi bildiriş mətni belədir: 

"Qanunvericiliyə əsasən, 2017-cü ilin yanvarından etibarən, xarici xidmət, iş, lotoreya / yarış "online” ödənişlərinə 18%, xarici "online” pul kisələrinə mədaxil 10% vergi tədbiq edilir".

2016-ci ilin dekabrında Vergi Məcəlləsinə düzəlişlər olunub. Məcələdəki 168.1.5, 169.1 və 169.3, maddələr "online”-xidmətində ƏDV-nin tənzimlənməsi ilə əlaqəlidir. 

Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov qafqazinfo.az-a bildirib ki, hazırda yeni verginin tətbiq olunacaq şəxslərin siyahısının hazırlanması istiqamətində iş gedir.

"18 faiz ƏDV xarici elektron ticarət zamanı alınan xidmətlərə aiddir. Bu xidmətlərdə aviabiletlər və otel rezervasiyaları istisnadır. Bura bulud xidmətləri, Google-dan aldığımız xidmətlər, Google Play-dən yüklədiyimiz oyunlar, Uber-də edəcəyimiz ödənişlər, Facebook və Google-da istifadə etdiyimiz reklam büdcələri, musiqi, film yükləmək kimi xidmətlər daxildir. 10 faizlik ƏDV isə xarici elektron pul kisələrindən tutulacaq. Bu tutulmaları isə banklar özləri tənzimləyəcək. Hələlik isə bankların necə tənzimləyəcəyi dəqiqləşməyib. Hazırda banklar avtomatik yolla 18 faizlik ƏDV-ni tuturlar”.

İqtisadi və Sosial inkişaf Mərkəzinin rəhbəri (İSİM), iqtisadçı-ekspert Vüqar Bayramov ANN.Az-a açıqlamasında bildirib ki, "online” qumar oyunlarından əldə olunan gəlirdən vergi tutlmasını məqsədəuyğun hesab etmək olar: 

"Amma elektron xidmətlərin istifadəsi üçün 18% ƏDV-nin tutulması düzgün deyil. Əksinə, hökumət elektron ticarəti stimullaşdırmaq üçün vergiləri aşağı endirməlidir”.

Vüsal Əzizov 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol