"Türk Hava Yolları" bütün reysləri ləğv etdi

"Türk Hava Yolları" (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.
Trend-in məlumatına görə, bu barədə THY-nin rəhbəri Bilal Ekşi bildirib.
Havaya qalxan təyyarələr yaxın şəhərlərdəki aeroportlara istiqamətləniblər.
Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də, hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















