• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazları ilə bağlı 1 mln. dollarlıq əqd qeydə alınıb

SOCAR istiqrazları ilə bağlı 1 mln. dollarlıq əqd qeydə alınıb
09.01.2017 20:30

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının alqı-satqısı ilə bağlı 3 əqd qeydə alınıb. 

Bu barədə "Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlər hər biri 950, 50 və 8 ədəd olmaqla ümumilikdə 1 008 SOCAR istiqrazının təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Birinci əqd üzrə 950 qiymətli kağızın hər biri 1 012,98 dollardan realizə edilib ki, bu da sövdələşmənin ümumi dəyərinin 962 331 dollar olması deməkdir. Qalan 58 istiqraz isə 1 012,75 dollardan alınıb-satılıb. Yəni, bu üç əqdin umumi dəyəri 1 021 075,5 dollar olub.

Qeyd edək ki, SOCAR istiqrazlarının alqı-satqısı üzrə market-meyker fəaliyyətini "PSG-Kapital” investisiya şirkəti həyata keçirir. Bu gün həmin şirkət müəssisənin 1 səhmini 1 011 dollardan alıb, 1 015 dollardan satıb. Görünən odur ki, sövdələşmə predmeti olan istiqrazlar "PSG-Kapital”a deyil, birbaşa investora satılıb.

SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol