• $
  • €
  • ₽
  • ₺
  • £

Ödəniş terminallarında qəpik problemi - VİDEO

Ödəniş terminallarında qəpik problemi - VİDEO
10.01.2017 14:30
Uzun müddətdir, Bakıda avtobusların çoxu kartla ödəniş sisteminə keçdiyi üçün dayanacaqlarda ödəniş terminalları quraşdırılıb. Lakin Bakıdaki terminalların bəziləri qəpik pul qəbul etmir. 

Bu barədə ANN.Az-a paytaxt sakinləri şikayət xarakterli müraciət edib. 

Şəhər sakinləri bildirib ki, terminal qəpik qəbul etmədiyinə görə, balansı artırmaqda çətinlik yaranır:

"Səhər Bakı Dövlət Sirkinin yaxınlığındakı dayanacaqda  "MilliÖn” ödəmə aparatı ilə gediş kartının balansını artırmaq istədim. Məlum oldu ki, aparat yeni metal pulları qəbul etmir. Amma köhnə pulları götürür".
 
 
Videodan da görünür ki, aparata qəpik yükləmək mümkün deyil. Sakinlərin sözlərinə görə, "MilliÖn” aparatlarının qəpik qəbul etməməsi problem artıq bir neçə müddətdir, davam edir. 

Yeni qəpiklərin texniki parametrləri dəyişib? Məsələni aydınlaşdırmaq üçün biz Mərkəzi Bankla əlaqə saxladıq.

Azərbaycan Mərkəzi Bankının adının çəkilməsini istəməyən əməkdaşı ANN.Az-a açıqlamasında bildirib ki, yeni qəpiklərin çəkisində və tərkibində heç bir dəyişiklik yoxdur: 

 
 
"Qəpik pullar Avstriyada hazırlanır və onların çəkisində və ya tərkibində heç bir dəyişiklik edilməyib. Dəyişiklik edilsə, həmin pullar saxta sayılır. Nominal dəyəri 10 və 20 qəpik olaraq hazırlanıb və latunla örtülüb. 10 qəpiyin çəkisi 5,25 qr., 20 qəpiyin çəkisi isə 6,6 qr.-dır. Hər kəs Mərkəzi Bankın internet səhifəsində bu göstəricilərlə tanış ola bilər”.

Ödənişlərin Toplanması üzrə Xidmət Terminalının mütəxəssisi ANN.az-a bildirib ki, bəzi şəxslər qəbz aldıqdan sonra onu qatlayaraq pulun daxil olduğu hissəyə daxil edirlər: 

"Bu da aparatın iş problemində nasazlığa səbəb olur".

Bakı Nəqliyyat Agentliyinin (BTA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev ANN.Az-a bildirib ki, bu yaxınlaradək belə problemlər müşahidə olunub:

 
 
"Bir müddət əvvələ qədər belə problemlər olurdu. Köhnə sikkələrin üzərindəki parıltı bir müddət sonra itir. Aparatın yaddaşına həmin formada qeyd olunub. Yeni sikkələr parlaq olduğu üçün ödəmə terminalı onları tanımır. Bu vəziyyəti aradan qaldırmaq üçün bütün aparatların yaddaşına yeni 10, 20 və 50 qəpik tanıdıldı. Bundan sonra belə problemlər müşahidə olunmur. Belə hallar aşkar edildiyi təqdirdə, biz dərhal həmin problemi aradan qaldırırıq”. 

Vüsal Əzizov

Video: Şəbnəm Cavadzadə

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol