• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzil bazarında son durum

Mənzil bazarında son durum
12.01.2017 10:00

"2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə təkrar mənzil bazarında periodik olaraq qiymətlərin azalması müşahidə olunub”.

Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmalı bildirib ki, ötən ilin əvvəllərində, xüsusilə də birinci yarısında qiymət azalması daha dinamik olub: "Ay ərzində təqribən 3-5 faiz arasında qiymət dəyişməsi baş verdi, amma yay aylarında qiymət stabilləşdi, ilin sonlarında isə nisbi qiymət azalmaları müşahidə olundu. Ümumilikdə ötən il ərzində təkrar mənzil bazarında illik qiymət azalması təqribən 22 faiz civarındadır”.

Yeni tikilən mənzil bazarına gəlincə isə, R.Osmanlı bildirib ki, bu sahədə qiymət azalması müşahidə olunmayıb, əksinə qiymətlər artıb: "Yeni tikililərdə də təkrar bazar var, çünki şirkətlər mənzilləri satır və sonradan həmin mənzillər təkrar alqı-satqıya cəlb olunur. Şirkət tərəfindən satılan mənzillərdə qiymət azalması müşahidə olunmur. Yəni qiymətlər stabildir, hətta ötən 3 illik göstəricilərə nəzər salsaq, qiymətlərin artımı müşahidə olunub. Şəhərin müxtəlif əraziləri üzrə 1 kvadrat metr üçün qiymətlərdə 40-50 faiz, bəlkə də daha çox artım müşahidə olunur”.

Ekspert bildirib ki, il ərzində həm təkrar, həm də yeni mənzil bazarında aktivlik çox aşağı səviyyədə olub: "Hər iki istiqamət üzrə əməliyyatların sayında kəskin azalmalar var. İlkin ehtimallara görə, alqı-satqı əməliyyatlarının sayında təqribən 30 faizdən çox azalma olub”.

Sosial mənzillərin tikintisinin mənzil bazarında qiymətlərə necə təsir edəcəyinə gəlincə isə, ekspert prosesin ümumi mənzil bazarına təsir etməyəcəyi qənaətindədir: "Sosial mənzillərin qiymətlərin azalmasına təsir edəcəyi barədə fikirlərlə razılaşmıram. Çünki sosial mənzillərin sayı ümumi mənzil dövriyyəsinin təqribən bir aylıq göstəricisindən bir neçə dəfə azdır. Belə olan halda sosial mənzillərin bazarda qiymətlərə hər hansı bir təsir göstərəcəyini düşünmürəm. Eyni zamanda nəzərə alsaq ki, bu mənzillər müəyyən kateqoriyaya aid olan insanlara veriləcək, eyni zamanda mənzil aldındıqdan sonra 3 il ərzində alqı-satqı predmeti ola bilməz, bu baxımdan sosial mənzillərin bazarda istər qiymətə, istər ümumi dinamikaya hər hansı bir təsir göstərəcəyini düşünmürəm”.

R.Osmanlı əlavə edib ki, bu il mənzil bazarında qiymətlərin necə olacağı haqqında danışmaq hələ tezdir: "Mənzil bazarı daha çox makroiqtisadi amillərə bağlı olan bir bazardr. Burada tendensiyanın dəyişməsi üçün ölkə üzrə makroiqtisadi göstəricilərin müsbətə doğru dəyişməsi lazımdır. Ən azından ölkədə gəlirlər kəskin şəkildə artmalı, eyni zamanda manat sabitləşməlidir. Manatın məzənnəsi sabitləşmədiyi dövrdə bazarda əməliyyatların sayı azalan xətt üzrə davam edəcək”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol