• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sürücülük vəsiqələrində şəxsin ad, soyadı ingilis hərflərilə də yazılmalıdırmı?

Yeni sürücülük vəsiqələrində şəxsin ad, soyadı ingilis hərflərilə də yazılmalıdırmı?
29.05.2020 11:29
Ekspertlər vurğulayıblar ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edən zamanı bir çox hallarda sürücülük vəsiqələrinin oxunmasında problemlər yaranır
 
Azərbaycanda sürücülük vəsiqələrinin yeni qaydalarla verilməsinə başlanılıb.

Məsələni "Report"a şərh edən bəzi ekspertlər bildiriblər ki, yeni sürücülük vəsiqələrində ad, soyad, ata adı və şəxsin doğulduğu yerin adının latın qrafikalı Azərbaycan əlifbası ilə yanaşı ingilis hərflərilə yazılması da vacibdir. 

Ekspertlər vurğulayıblar ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edən zamanı bir çox hallarda sənədlərin oxunmasında problemlər yaranır. Çünki digər ölkələrdə müvafiq qurumların nümayəndələri sürücülük vəsiqələrini yoxlayan zaman latın qrafikalı Azərbaycan əlifbasındakı bəzi hərfləri oxumaqda çətinlik çəkirlər. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev "Report"a isə açıqlamasında bildirib ki, yeni qaydalara görə sürücülük vəsiqələrindəki ad, soyad, ata adı, doğuldu yer bölmələrindəki hərflərin dəyişdirilməsi nəzərdə tutulmayıb. O hesab edir ki, Azərbaycanın sürücülük vəsiqələrində ingilis hərflərindən istifadəyə  dəyişdirilməsinə ehtiyac yoxdur:
 
"Çünki Beynəlxalq Vyana Konvensiyasına üzv dövlətlərdə milli sürücülük vəsiqələrində qeyd edilən ad, soyad, ata adı, doğulduğu yer bölmələrindəki yazılara görə irad tuta bilməz. Konvensiyaya üzv dövlətlərin hər birinin öhdəliyinə görə, digər ölkələrin sürücülük vəsiqələri ilə avtomobillərin idarə olunmasına problem yaradılmamalıdır".

Şöbə rəisi deyib ki, xaricə səfər edən zaman bu məsələni araşdırmaq üçün Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürüb və idarə edib:
 
"Hətta özümdə xarici ölkədə məzuniyyətdə olanda icarəyə avtomobil götürdüm və sürdüm. Heç bir problem olmadı. Baxmayaraq ki, mənim soyadımda "ə" hərfi var. Əgər problem olsa şəxsiyyəti təsdiq edən pasport tələb olunur və oradakı rekvizitlərlə sürücülük vəsiqəsindəki rekvizitlərin uyğunluğuna baxılır".

Xarici ölkə vətəndaşlarının öz sürücülük vəsiqələrindən Azərbaycanda necə istifadə etməsinə gəlincə, Əliyev vurğulayıb ki, həmin şəxslər Azərbaycanda yaşamaq haqqında icazə kağızını aldığı gündən 1 ay müddətinə qədər sürücülük vəsiqəsindən istifadə edə bilərlər. Onun sözlərinə görə, 1 aydan artıq müddətdə sürücülük vəsiqəsindən istifadə etmək istəyən xarici vətəndaşlar Azərbaycanda yeni sürücülük vəsiqəsi almalıdır.

Sürücülük vəsiqələri ilə bağlı digər dəyişikliklərə və yeni qaydalara gələincə, K.Əliyev bildirib ki, artıq sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.
 
Belə ki, avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər imtahandan uğurla keçdikdə onlara da adi qaydada sürücülük vəsiqəsi verilir:
 
"Vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" (avtomat transmisiyyalı) sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir. Ancaq mexanik ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahandan uğurla keçən sürücülər həm mexaniki, həm də avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə edə bilər".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol