• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda torpaq qiymətləri

Bakıda torpaq qiymətləri
13.01.2017 09:05
2016-cı il ərzində Bakıda torpaq bazarında həm aktivlik aşağı səviyyədə olub, həm də qiymətlərdə azalma müşahidə olunub.

Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, son vaxtlar torpaq sahələrinə marağın kəskin şəkildə azalması müşahidə olunur: "Əvvəllər fərdi yaşayış evlərinin tikintisi ön sırada dururdu, amma indi fərdi yaşayış evlərinin tikintisində də ciddi geriləmələr müşahidə olunur. Kiçik torpaqlara maraq xeyli dərəcədə azalıb. Bütövlükdə bu, torpaq bazarına mənfi təsir göstərib. İl ərzində bazar üzrə 30 faizdən çox qiymət azalması müşahidə olunub. Əsas qiymət azalması ilin ikinci yarısında baş verib”.

Eskpert vurğulayıb ki, məhz ilin ikinci yarısında torpaq qiymətlərinin azalmasının dəqiq səbəblərini tam olaraq təhlil etmək hələ ki, mümkün deyil: "Bu, makroiqtisadi göstəricilərlə və digər məsələlərlə müşahidə oluna bilər, amma bu prosesin bizə məlum olmayan tərəfləri də var. Səbəblərdən biri də odur ki, insanlar sənədsiz torpaqlara əvvəllər pul qoymaqdan çəkinmirdilər və bunun risklərini o qədər də nəzərə almırdılar. Ancaq son dövrlərdə bu risklər ciddi nəzərə alınır”.

R.Osmanlının fikrincə, torpaq bazarında qiymətlərin azalmasının digər bir səbəbi də dövlət əmlakının özəlləşdirilməsi zamanı xeyli sayda boş torpaq sahələrinin özəlləşdirilməsidir: "2016-cı il ərzində ayrı-ayrı ərazilərdə təqribən 1500-dən artıq torpaq sahələri özəlləşməyə çıxarılıb. Bu isə torpaq bazarında təklifi xeyli dərəcədə artırıb”.

Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinə gəlincə isə R.Osmanl bildirib ki, ən bahalı torpaq sahəsinin bir sotu 500 min manatdan yuxarıdır, ən ucuz torpaq sahəsinin isə qiyməti 1500 manatdan başlayır: "Ən bahalı torpaq sahələri paytaxtın Səbail və Nəsimi rayonlarında mərkəzə yaxın və mərkəz hissələrdədir. Ucuz torpaq sahələri isə daha çox bağ massivlərində - Buzovnadan Maştağaya gedən yolun içəri hissələrində, Binə qəsəbəsində və Qaladadır”.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol