• $
  • €
  • ₽
  • ₺
  • £

Sənaye istehsalı azalıb - Azərbaycanda

Sənaye istehsalı azalıb - Azərbaycanda
17.01.2017 15:10
Azərbaycanın sənaye sektorunda 2016-cı ildə 32,3 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 0,4% az məhsul istehsal edilib. 

Report-un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, sənaye məhsulunun 65,4%-i mədənçıxarma, 28,2%-i emal, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0% artıb, neft sektorunda isə 1,1% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 4,0%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41,0%, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8%, kağız və karton istehsalı 1,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3%, hazır metal məmulatlarının istehsalı 24,9%, kompüter və elektron məhsulların istehsalı 7,4%, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,0%, mebel istehsalı 9,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7% artıb, içkilərin istehsalı 10,0%, tütün məmulatlarının istehsalı 13,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9%, poliqrafiya məhsullarının istehsalı 12,1%, kimya sənayesi məhsullarının istehsalı 12,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 %, tikinti materiallarının istehsalı 10,6%, maşın və avadanlıqların istehsalı isə 14,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 0,7% azalıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol