• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Əliyev: "Ötən il 610,8 milyon dollarlıq profisit yaranıb"

Samir Əliyev: "Ötən il 610,8 milyon dollarlıq profisit yaranıb"
17.01.2017 23:14
2016-cı ildə 610,8 milyon dollarlıq profisit yaranıb, yəni ixrac idxalı üstələyib. 

ANN.Az xəbər verir ki, bu haqda məlumatı iqtisadçı ekspert Samir Əliyev öz facebook səhifəsində yazıb. 

İqtisadçının sözlərinə görə, qeyri-neft ixracı 2015-ə nisbətən 27,6%-ə yaxın azalsa da, ümumi ixracda payını 13.7%-ə yüksəldib: 

"Səbəb əlbəttə neft ixracının daha çox - 29,1% azalmasıdır. İxracda bəzi mal qruplarında artım, bəzilərində azalma olub. Meyvə-tərəvəz (19,5%), pambıq ipliyi (25,18%), qara metallar və onlardan hazırlanan məmulatlar (177%), alüminium və ondan hazırlanan məmulatlar (13,8%) baş verib. Bundan başqa çay 67,3%, bitki və heyvan mənşəli piylər və yağlar 88,8%, şəkər 70,7%, spirtli və spirtsiz içkilər 37,5%, plastmassa və onlardan hazırlanan məmulatlar 12% azalıb".

"İxracın strukturuna diqqət yetirsək görərik ki, artım bir qayda olaraq yerli xammala əsaslanan məhsullarda baş verib. Meyvə-tərəvəz, pambıq ipliyi, qara metal və alüminium məmulatları bu qəbildəndir. Ancaq çay, şəkər, spirtli və spirtsiz içkilər kimi xarici xammala əsaslanan məhsullarımızın ixracı azalıb. Səbəb milli valyutanın ucuzlaşması səbəbindən xaricdən gətirilən xammalın bahalaşmasıdır. Bu bahalaşma istehsal olunan son məhsulun maya dəyərini artırır və ixracın qiymət baxımından rəqabət qabiliyyətini azaldır. Gömrük Komitəsinin məlumatına görə, şəkər 2015-ci ildə hər kq-ı 96 sentə ixrac olunduğu halda 2016-cı ildə 57 sentə ixrac olunub. Halbuki FAO-nun məlumatına görə, 2016-cı ildə dünya bazarlarında şəkərin qiyməti 2015-ci illə müqayisədə 34.2% artıb. Oxşar vəziyyət bitki və heyvan mənşəli piylər və yağlarda yaranıb. Bu mal qrupunun orta ixrac dəyəri hər kq 2 dollardan 1.1 dollara düşüb. Çay ixracının orta dəyəri isə əksinə hər kq üçün 4.6 dollardan 5,4 dollara yüksəlib", - deyə iqtisadçı əlavə edib. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol