• $
  • €
  • ₽
  • ₺
  • £

"ASAN Viza"dan istifadə qaydası müəyyənləşdi

"ASAN Viza"dan istifadə qaydası müəyyənləşdi
18.01.2017 11:06
Azərbaycan Nazirlər Kabineti "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

ANN.Az Report-a istinadən xəbər verir ki, dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qaydaya əsasən, "Viza" altsistemi - altsistem vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi üçün, habelə elektron viza verilməsi ilə əlaqədar İAMAS-la (Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) aşağıdakı işlər həyata keçirilir:

Viza alan əcnəbinin qanunvericilikdə nəzərdə tutulmuş məlumatları elektron formada İAMAS-ın "Əcnəbilər" informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir.

Daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müvafiq yoxlamalar həyata keçirilir.

Yoxlamaların nəticəsindən asılı olaraq əcnəbilərə müvafiq vizalar verilir.

Dəyişikliyə əsasən, İAMAS-la elektron viza verilməsi prosesində isə "ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) və Xarici Kəşfiyyat Xidmətinə göndəriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol