• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar"-ın “Təlim məktəbi” layihəsi çərçivəsindəki kursların ilk mərhələsi uğurla başa başladı

"Nar"-ın “Təlim məktəbi” layihəsi çərçivəsindəki kursların ilk mərhələsi uğurla başa başladı
19.01.2017 16:44
"Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun nitq və eşitmə məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan "Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı.

 "Uğur akademiyası” və "Asan könüllüləri gənclər təşkilatı” ictimai birliyi ilə birgə "Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihə çərçivəsində 7 noyabr 2016-cı il tarixində dərslərə başlamış nitq və eşitmə imkanları məhdud vətəndaşlardan ibarət ilk qrup kursları uğurla başa vurdu.

75 nəfərədək nitq və eşitmə məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulmuş kurslar "Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış üç istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürmüşdü. Qeyd edək ki, təlimlər nitq və eşitmə məhdudiyyəti olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşdırılırdı. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirova oldu.

Eyni zamanda, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndirildi, həftə ərzində təşkil olunmuş mütəmadi görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım göstərildi.

Dizayn proqramları ixtisası üzrə təşkil edilmiş kursların iştirakçıları olan gənclər dərsləri müvəffəqiyyətlə başa vuraraq, müvafiq sertifikatlarla təltif edildilər. "Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin əlilliyi olan insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı.

"Sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələr cəmiyyətin inkişafına misilsiz töhfə verməkdədir. "Nar” operatoru tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycanın işgüzar mühitində gözəl bir nümunə oldu”, - deyə o, sözlərinə əlavə etdi.

Xatırladaq ki, "Nar” artıq 3 ildir özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. "Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

"Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol