• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Startap olmaq asandır!

Azərbaycanda Startap olmaq asandır!
19.01.2017 18:00
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 

Yanvarın 18-də Mərkəz rəhbərliyi ilə Barama startapları arasında görüş keçirilib. Görüşdə eyni zamanda 30-a yaxın gənc startapçı iştirak edib. Görüş zamanı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələr və mərkəz nəzdində fəaliyyət göstərən azexport.az portalı barədə müzakirələr aparılıb. Ölkədə biznesin inkişafına dəstək məqsədilə yaradılan azexport.az portalının rəhbəri Zaur Qardaşov startapçılara portalın məqsədi və imkanları barədə danışıb, gənc sahibkarlarlın suallarını cavablayıb. İştirakçılara həmçinin azexport.az portalının texniki xarakteristikası və oraya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov son illər Azərbaycanda startup sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edərək bildirib ki, Azexport.az portalının ixrac imkanları geniş olduğu üçün bura xidmət və məhsulların əlavə edilməsi yeni imkanlar yaradacaq. Həmçinin portalla əməkdaşlıq ölkədə İKT sektorunda investisiya mühitininin yaxşılaşdırılmasına ən yaxşı İnternet və İT layihələrin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım edəcək. Bu da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan gənclərinin xaricdə tanınması üçün əlavə şərait deməkdir.

Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya da öz növbəsində qeyri-neft sektorunun inkişafının vacibliyini və ölkəmizdə bunun üçün hər bir şəraitin olduğunu vurğulayıb. Azercellin gəncləri sahibkarliq və peşəkar inkişaf yolunda daima dəstəklədiyini qeyd edərək, onları təqdim olunmuş imkanlardan yararlanmağa çağırıb.

Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və "Startup”ları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, hal-hazırda fəaliyyətdə olan 10-dan çox uğurlu şirkət yaranıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol