• $
  • €
  • ₽
  • ₺
  • £

TAP layihəsi İtaliyada müzakirə edildi

TAP layihəsi İtaliyada müzakirə edildi
25.01.2017 17:47
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəməri (TAP) qaz boru kəməri layihəsinin cari vəziyyəti İtaliyanın iqtisadi inkişaf nazirinin müşaviri Mauro Battokki və həmin nazirliyin Təchizatın və enerji infrastrukturlarının təhlükəsizliyi baş idarəsinin baş direktoru Cilberto Dialuçe ilə müzakirə edilib. 

Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.
 
Məlumata görə, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin iştirakı ilə baş tutan görüşdə zeytun ağaclarının köçürülməsi ilə bağlı irəliləyişlərin olduğu aydınlaşıb. Müvafiq icazənin bu günlərdə Puliya regionunun fitosanitar nəzarəti həyata keçirən qurumu tərəfindən veriləcəyi gözlənilir. Məhz bundan sonra ərazidən zeytun ağaclarının köçürülməsinə başlanacaq.

Layihə üzrə nəzərdə tutulan digər fazalarla bağlı icazələrin vaxtında əldə edilməsi üçün işlər davam etdirilir. Bildirilib ki, İtaliyanın Ətraf Mühit Məcəlləsinə yeni bir maddənin daxil edilməsi üzərində iş aparılır. Bu dəyişikliyə görə, dövlət və milli əhəmiyyətli layihələr üzrə dekretlərin verilməsi məsələsində regional strukturlar tərəfindən maneələr yarandığı təqdirdə bu səlahiyyətlər dərhal Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyinə keçəcək. Bu dəyişikliyin cari ilin may-iyun aylarında qüvvəyə minəcəyi gözlənilir.

Bundan başqa, TAP kəmərinin Milli Paylaşdırıcı Şəbəkəyə birləşdirilməsini təmin edəcək və SNAM şirkəti tərəfindən çəkiləcək San Fokadan Brindiziyə qədər olan kəmərlə bağlı icazələr üçün də Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyi ilə danışıqlar aparılır.

O da məlum olub ki, Puliya regionu tərəfindən TAP layihəsi ilə bağlı vahid icazə sənədi verilərkən regionun maraqlarının nəzərə alınmadığı iddiası ilə Dövlət Şurasına müraciət edilib. Bildirilib ki, iddia əsassız olduğu üçün böyük ehtimalla Dövlət Şurası tərəfindən təmin edilməyəcək və bundan sonra müraciət etməyə yuxarı məhkəmə instansiyası yoxdur.

Görüşdə həmçinin 23 fevral 2017-ci il tarixində Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın iştirakının vacibliyi də müzakirə olunub.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol