• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: "Sürücülər bu yerlərdə daha diqqətli olmalıdır"

Ekspert: "Sürücülər bu yerlərdə daha diqqətli olmalıdır"
31.01.2017 12:31
"Hörmətli piyada və sürücülər, bu səhər Bakıda müşahidə edilən hava şəraiti yollarda hərəkət üçün daha ciddi ehtiyatlılıq tələb edir”.

ANN.Az "Panorama"-ya istinadən xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov sosial şəbəkələrdə bildirib.

Ekspert onlara, xüsusən, bu məsələlərə daha çox diqqət yetirməyi tövsiyə edir:

"Gecədən bəzi yerlərdə buzlaşma var idi, səhər tezdən onun üstünə qar yağır. Nəzərə alın ki, buzun üstündə təzə qar ən pis sürüşkənlik effekti yaradır, həm də adamı aldada bilər. Körpülərdə, küləyin daha çox vurduğu yerlərdə daha diqqətli olmaq lazımdır.

Sürücülərə həmişə tövsiyə edirik ki, belə şəraitdə ara məsafəsini daha böyük saxlayın, asta sürətlə gedin. Amma ən ciddi məsələlərdən biri də intervaldır. Yan-yana təhlükəsiz interval saxlamaq vacibdir. Yol 2 zolaqlıdırsa, elə 2 cərgə ilə getmək lazımdır ki, avtomobil azacıq sürüşüb istiqamətini dəyişəndə qonşu cərgədəkinə dəyməsin. Avtomobili yerləşə bilən hər yerə salmayın. Bu, xaos və mədəniyyətsizlikdir. 2 zolaqda 3 cərgə ilə heç ən yaxşı havada da normal sürmək olmur.

Ən vacibi isə çalışın, avtomobilinizi yola çıxarmayın. Onsuz da çətin vaxtdır. Ziyana düşsəniz və ya başqasına ziyan vursanız, uzun müddət peşman olacaqsınız”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol