• $
  • €
  • ₽
  • ₺
  • £

FED uçot dərəcəsini artıracaqmı?

FED uçot dərəcəsini artıracaqmı?
31.01.2017 14:55
"Sabah başa çatacaq Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) ikigünlük iclasının yekununda uçot dərəcəsi dəyişməz olaraq 0,75% səviyyəsində qalacaq”.

ANN.Az APA-ya istinadla xəbər verir ki, belə bir bəyanatla "Sberbank Investment Research”in analitiki Tom Levinson çıxış edib. 

"Təbii ki, diqqətlər iclasın yekunlarına dair bəyanata və FED rəhbəri Canet Yellenin gələn həftəyə planlaşdırılan çıxışına yönələcək. Məhz bundan sonra investorlar FED-in mart ayı üçün nəzərdə tutulan iclası barədə fikirlərini yəqinləşdirə biləcəklər.

Hesab edirəm ki, FED uçot dərəcəsini məhz cari ilin II rübündə artıracaq. Hərçənd dolların məzənnəsinin dinamikası cari ilin I yarısında əlverişli olaraq qalmalıdır.

Bir daha qeyd edim ki, sabah yekunlaşacaq iclasda uçot dərəcəsinin artırılması inandırıcı görünmür. Lakin birjalardakı ab-havanı məhz FED-in bəyanatı formalaşdıracaq.

Uçot dərəcəsinin artırılması tsikli ləngdir: elə bir təəssürat yaranır ki, tənzimləyici uçot dərəcəsini artırmaqda maraqlı deyil. Buna baxmayaraq, FED bu il uçot dərəcəsini 3 dəfə artırmaq niyyətindədir.

Beləliklə, proqnoz vermək olar ki, uçot dərəcəsi bu il baş tutacaq (indikini nəzərə almasaq) 7 iclasdan 3-də artırılmalıdır. 2015 və 2016-cı illərin (həmin illərdə uçot dərəcəsi yalnız 1 dəfə artırıldı) təcrübəsi onu deməyə əsas verir ki, FED-in proqnozlarına skeptik yanaşmaq da olar və bu qəbildən olanların sayı az deyil.

Hazırda uçot dərəcəsinin 3 yox, 2 dəfə (hər dəfə 0,25%) artırılacağına inananlar çoxluq təşkil edir. Uçot dərəcəsinin martın 15-də artırılacağı ilə bağlı ehtimal 30%, mayın 3-də artırılacağı ilə bağlı ehtimal isə 50%-dən aşağıdır.

Ehtimal etmək olar ki, FED-in sabah yayacağı bəyanatında uçot dərəcəsinin yaxın perspektivdə artırılması ilə bağlı siqnal yer almayacaq. Sonuncu iclasdan sonra FED-in 2017-ci ildə uçot dərəcəsinin 3 dəfə artırılacağına işarə etməsi ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyini 2,6%-dək artmasına səbəb olub.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, 2017-ci il FED-in siyasəti baxımından özündə bir sıra qeyri-müəyyənliklər daşıyır. Gələn il 425 mlrd. dollarlıq korporativ istiqraz üzrə ödənişlər edilməlidir.

Bununla yanaşı, 2018-ci ilin yanvarında xanım Yellenin FED rəhbəri postunda səlahiyyət müddəti bitir. Bundan başqa, ABŞ və Avropada (əsasən Fransada) baş verəcək bir sıra siyasi hadisələr FED-in qərarına təsirsiz ötüşməyəcək. Sabah başa çatacaq iclasın yekunları dollara ciddi təsir etməyəcək.

Sonda bir daha qeyd etmək istərdim ki, biz uçot dərəcəsinin bu il 3 deyil, 2 dəfə artırılacağını proqnozlaşdırırıq”, - deyə analitik bildirib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol