• $
  • €
  • ₽
  • ₺
  • £

Tələb edilən sənədlər minimuma endirilir

Tələb edilən sənədlər minimuma endirilir
03.02.2017 15:38
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmətləri elektronlaşdığından tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanıb
 
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, digər dövlət orqanlarında mövcud olan informasiya ehtiyatlarından istifadə imkanlarının artırılması xidmət istifadəçilərindən tələb olunan sənədlərin azalması ilə nəticələnəcək. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənədlərin sayının azaldılmasının təmin edilməsi ilə bağlı artıq bir neçə normativ hüquqi akt layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub”,- "Marja” xəbər verir ki, bu gün Komitənin yaydığı məlumatda deyilir.
 
Məlumatda bildirilir ki, Dövlət Xidmətlərinin Elektron Reyestrinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14 xidməti daxil edilib. Bu xidmətlərdən 12-si Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanına əsasən elektronlaşdırılıb və "Elektron hökumət” portalına inteqrasiya olunub. Bunlar uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, standartlaşdırma sahəsində normativ sənədin qeydiyyatı və digər sahələri əhatə edir.
 
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-ci il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndi elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsini nəzərdə tutur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol