Yumurta UÇUZLAŞDI

Paytaxt bazarlarında satılan yumurtanın qiymətində enmə müşahidə olunur. Xezerxeber.az xəbər verir ki, əvvəllər 18- 20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur.
Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normalıdı. O ki qaldı ucuzlaşmanın səbəbinə, bu, istrehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur.
Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur. Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























