• $
  • €
  • ₽
  • ₺
  • £

Banklarda manat qıtlığnın səbəbləri - EKSPERT RƏYİ

Banklarda manat qıtlığnın səbəbləri -  EKSPERT RƏYİ
09.02.2017 09:30
İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nəğd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.

"Qafqazinfo” xəbər verir ki, yaranmış problemi Modern.az saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır: "Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur. Məsələn yanvar ayında pul bazası 6.7 faiz azalıb. Yəni pul bazası 7.9 milyard manatdan 7.3 milyard manata qədər azalıb. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyatlarıdır. Pul kütləsi isə banklarda olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6.7 faiz pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq biruzə verir”.

S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq: "Əgər Mərkəzi Bank bazardan xarici valyuta alacaqsa, onun əvəzində mazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvəli olduğundan büdcə açılımı yoxdur. Budcədən vəsait ancaq əmək haqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiya yönümlü vəsaitlər ayrılmır. Büdcə açılımı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmaz dır. Bu mənada Mərkəzi Bank hələ ki, ehtiyyatlı addım atır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol