• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Belarusa nefti endirimlə satmayacaq

Azərbaycan Belarusa nefti endirimlə satmayacaq
20.02.2017 19:20
"Azərbaycan neftinin keyfiyyəti yüksəkdir"

Belarus Rusiya neftinə alternativ tapa bilməyəcək. "APA-Economics" xəbər verir ki, bunu "Sberbank CIB"-in analitiki Valeri Nesterov TASS agentliyinə açıqlamasında bildirib.
 
Analitikin sözlərinə görə, İran nefti Rusiyadan nəql olunan "qara qızıl"ı nə iqtisadi, nə də keyfiyyət baxımından əvəzləyə bilməz: "Təbii ki, il baxışdan İran maraqlı tərəfdaşdır - onlar Vyanada  OPEC üzvləri və kartelə daxil olmayan ölkələr tərəfindən əldə olunan razılaşmaya əsasən neft hasilatını artıra bilər. Lakin onların dempinq imkanları o qədər də böyük deyil. Belə ki, onların satışlarını spot qiymətlərinə uyğun şəkildə həyata keçirir".
 
V.Nesterov qeyd edib ki, İran neftinə tətbiq olunan endirim 2-4 dollar ətrafında dəyişə bilər: "Bundan artığını onlar edə bilməz".
 
Analitik əlavə edib ki, iqtisadi baxımdan Belarus üçün Rusiya neftindən yaxşı variant yoxdur. "Belarus Rusiya neftini rüsumsuz alır. Alınan neft emal olunur və başqa ölkələrə ixrac olunur. İxracdan əldə olunan neft Belarusun dövlət büdcəsində əhəmiyyətlə paya malikdir", - deyə o bildirib.
 
Qeyd edək ki, 2016-cı ildə Belarus Azərbaycandan 560 min ton neft alıb. Lakin "Reuters" agentliyinin məlumatına əsasən, cari ilin yanvarında SOCAR ixracı dayandırıb.
 
Analitik qeyd edir ki, Azərbaycan nefti Belarusda fəaliyyət göstərən neft emalı zavodları üçün daimi xammal rolunu oynaya bilməz. Səbəblərə gəlincə, V.Nesterov deyir ki, Azərbaycanın bu qədər artıq nefti yoxdur: "Azərbaycanda hasilat azalır. 2020-ci ilədək hasilatın bir neçə faiz azalacaq. Azərbaycan çətinliklə Bakı-Tbilisi-Ceyhan kəmərini doldurur. Azərbaycan neftinin keyfiyyəti yüksəkdir, lakin onlar endirim edəsi deyil".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol