Lisenziyası alınan bankın məcburi ləğv prosesi dayandırıldı

Lisenziyası ləğv edilmiş "Parabank” ASC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyi üçün onun məcburi ləğv prosesi dayandırılıb.
ANN.Az xəbər verir ki, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, ADİF-in ləğvedici qismində fəaliyyətinə xitam verilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunub və məhkəmə bununla bağlı fevralın 10-da müvafiq qərar qəbul edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























