• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdəki təhlükələrdən uşaqları necə qorumalı

Sosial şəbəkələrdəki təhlükələrdən uşaqları necə qorumalı
25.02.2017 11:49
Hər zaman abunəçiləri üçün ekskluziv məhsullar və xidmətlər təklif edən Azercell Telekom MMC və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət Kaspersky Lab ilə birgə əməkdaşlığın davamı olaraq ictimaiyyəti son zamanlar olduqca aktual olan"Sosial şəbəkələrdəki təhlükələrdən uşaqları necə qorumalı” məsələsinə yönəltməyə cağırır! "Kaspersky Security Network’s Big Data” statistikasına əsasən, Azərbaycan uşaqlarının internet-fəallığının 75% -i ünsiyyət vasitələrinə düşür, onların da arasında sosial şəbəkələr üstünlük təşkil edir. Dünya üzrə orta göstərici isə bu yöndə 63% təşkil edir, yəni Azərbaycanın gənc sakinləri sosial şəbəkələrin fəal istifadəçilərindəndilər.

Ekspertlər sosial şəbəkə ilə bağlı bir neçə əsas təhlükəni qeyd edirlər. Məsələn, uşaqlar təsadüfən və ya məqsədli şəkildə "böyüklər” üçün nəzərdə tutulmuş səhifələrə daxil ola bilərlər. Söhbət təkcə erotika və pornoqrafiyadan getmir, burada narkotik, sui-qəsd, zorlama səhnələri və ya silah haqqında məlumat da ola bilər. Digər təhlükə isə sosial şəbəkələrdə uşaqların yad insanlarla ünsiyyəti əsasında ortaya çıxa bilir. Araşdırma göstərir ki, orta hesabla 14-16 yaşlı yeniyetmələr sosial şəbəkələrdə 47 dostundan yalnız 25-ni şəxsən tanıyır. Belə hallarda monitorun o biri başında oturan insanın uşaq və ya cinayətkar olmasına zəmanət yoxdur. Məsələni şiddətləndirən amillərdən biri də odur ki, yeniyetmələr sosial şəbəkələrdə öz ünvanları, oxuduğu məktəbləri, olduğu yerləri göstərirlər: bunu 55% respondentlər etiraf ediblər. Belə tipli məlumatlar cinayətkara istədiyi halda onları real həyatda tapmağa imkan verir. Bundan başqa, son zamanlar uşaqlar sosial şəbəkələrdə kiberbullinqlə də rastlaşır.

Bəs Sosial şəbəkələrdə aktiv olan uşaqların həyatında nəyinsə baş verdiyini necə bilmək olar?

* Əhval-ruhiyyənin səbəbsiz dəyişməsi;

* Rəqəmsal vasitə və sosial şəbəkələrin istifadə üslubunun dəyişməsi (uşaq gecə internetə daxil olmaq üçün oyanır);

* Sosial şəbəkələrdə "dostlarının” kəskin artnası və ya azalması;

* Yaşca özündən çox böyük olan "dostlarının” peyda olması;

* Uşağın səhifəsində təhqiramiz şəkil və ismarışların olması;

* Sosial şəbəkələrdə səhifənin ləğv edilməsi.

Qeyd etmək lazımdır ki, bu, tam siyahı deyil, amma əgər övladınızda bu əlamətlərdən hər hansı biri varsa, onun onlayn-həyatına mütləq diqqət etmək lazımdır.

İnternetdə uşaqların təhlükəsizliyini qorumaq üçün Azercell abunəçilərinə Kaspersky Lab tərəfindən eksklyuziv olaraq "Kaspersky Safe Kids” məhsulu təqdim olunub. Vlideynlərə nəzarət etmək imkanı yaradan məhsul gənc istifadəçilərin arzuolunmaz veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi, smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür və geoməkan funksiyası sayəsində uşaqların yerini müəyyən edir.

Sosial şəbəkələrdə gənc istifadəçiləri gözləyən təhlükələr və onlardan müdafiə olunma üsulları barədə daha ətraflı kids.kaspersky.ru və www.azercell.com/safety/safekids ünvanlarında tanış ola bilərsiniz.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol