• $
  • €
  • ₽
  • ₺
  • £

“Qara bazar”da dollar böhranı

“Qara bazar”da dollar böhranı
07.03.2017 14:22
Son bir neçə gündə "qara bazarda”  dollar böhranı yaranıb. Fins.az-ın fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslərdən aldığı məlumata görə, bazara dollar qıtlığı yaranıb, satmağa dollar tapılmır. Belə ki, "qara bazar”  vətəndaşların satdığı dollara görə formalaşır. Ötən həftədən etibarən isə "qara bazar”a dollar satanlar vətəndaşların sayı da kəskin azalıb: "Yanvar ayında 30-40 nəfər dollar satırdısa, indi cəmi 10-12 nəfər dollar dəyişir”.

"Qara bazar”dan bildirilib ki,  bundan əlavə vətəndaşlar satışa çıxardıqları dolların həcmini də azaldıblar: "Məsələn, əvvəl bir nəfər 1000-2000 dəyişirdisə, indi bu məbləğ 100-500 dollar arasındadır”.

"Dollar alverçiləri”nin sözlərinə görə, bu da baha dollar alan vətəndaşların onu ucuz satmaq istəməmələri ilə bağlıdır: "1.85-1.90 manata dollar alan onu 1.77 manata dəyişmək istəmir və gözləmə mövqeyində qalır”.

 Bunun əksinə olaraq bazardan dollar almaq istəyən vətəndaşlar artıb: "Hazırda müştərilər 1000-5000 dollar almaq istəyirlər. 

Amma əlimizdə dollar olmadığı üçün sata bilmirik”.  Buna görə də əksər  "dollar alverçiləri” satışları dayandırıblar.

Qeyd edək ki, ötən həftədən etibarən "qara bazarda” doların məzənnəsi dəyişməyib. Hazırda dollar 1.76 manata alınıb, 1.77 manata satılır.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol