Ötən il Naxçıvanda 1403 ton bal istehsal olunub

Muxtar respublikada bal istehsalı 14,6 dəfə artıb.
ANN.AZ/ Naxçıvan Muxtar Respublikasında ötən il arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kredit verilib.
"ANN" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazırda Naxçıvanda 70 min 537 arı ailəsi var.
Məlumata görə, bu da 1996-cı illə müqayisədə 8,8 dəfə çoxdur. Ümumi arı ailələrinin 9056-sı Şərur, 9736-sı Babək, 13573-ü Ordubad, 13710-u Culfa, 1607-si Kəngərli, 20195-i Şahbuz, 645-i Sədərək rayonlarının, 2015-i isə Naxçıvan şəhərinin payına düşür.
Komitədən bildirilib ki, muxtar respublika arı ailələrinin sayı göstəricisinə görə ölkə üzrə ilk yerdə qərarlaşıb.
2016-cı ildə Naxçıvanda 1403 ton bal istehsal olunub. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















