• $
  • €
  • ₽
  • ₺
  • £

3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək

3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək
15.03.2017 10:30
Parlamentə göndərilən yeni qanun layihəsində çoxuşaqlı ailələrlə bağlı maraqlı təkliflər yer alıb

 Rusiya Dövlət Dumasına analıq kapitalı (hamiləliyə və doğuma görə verilən müavinət) ilə birlikdə ailələrin dəstəklənməsi üçün daha çevik sistemin yaradılması təklif edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, belə bir təşəbbüslə Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə Komitəsinin üzvü Sergey Vostretsov və Milli Valideyn Komitəsinin sədri İrina Volınets çıxış edib.  Layihə müəlliflərinin fikrincə, analıq kapitalı sistemi özünü doğrultmayıb. Bununla birlikdə, doğma və övladlığa götürülmüş uşaqların həddi-buluğa çatmasına qədər təminatı üçün aylıq müavinətlərin verilməsi təklif edilir: 

1 uşaq üçün 3 min, 2 uşaq üçün 8 min, 3 uşaq üçün 15 min rubl (təqribən 445 manat).  "Analıq kapitalı kimi psevdodəstək tədbirləri aradan qaldırılmalı, insanlara konkret pul təklif olunmalıdır. Çünki dövlət əhali artımında maraqlıdır. Uşaqların dəstəklənməsi üçün konkret maddi yardım – müavinət lazımdır” – deyə deputat Vostretsov bildirib.  İrina Volınets isə qeyd edib ki, müavinətlər 3 və 3-dən artıq uşağı olan ailələr üçün nəzərdə tutulub. Beş və beşdən artıq uşağı olan ailələr üçün layihə müəllifləri bütün infrastrukturu olan və müvafiq kommunikasiya sisteminə qoşulmuş torpaq sahəsi verməyi təklif edir. Yeddi və daha artıq uşaqları olan ailələrə isə qanun layihəsində həm də əlavə olaraq "Qazel” avtomobilinin verilməsi nəzərdə tutulur.  

Layihədə dövlət dəstəyi proqramının icrası üzərində nəzarətin qubernatorlara həvalə olunması nəzərdə tutulub. Sözügedən qanun layihəsi martın 23-də Dövlət Dumasında keçiriləcək dəyirmi masada müzakirəyə çıxarılacaq.  Qeyd edək ki, Konstitusiya qanunvericiliyi üzrə Federasiya Şurası Komitəsinin sədr müavini Yelena Mizulina analıq kapitalının müavinətlər və avtomobillə əvəz edilməsinin əleyhinə çıxış edib. Onun fikrincə, analıq kapitalı proqramı özünü tamamilə doğruldub. Yeni təşəbbüslər isə hökumətin sosial sahədə əldə etdiyi bütün nailiyyətləri inkar edir. Həmçinin bu cür təşəbbüslərlə çıxış edərkən, Rusiya ailələrinin əsas tələbatını öyrənmək lazımdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol