• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda xəstə mal əti satılır?

Bakıda xəstə mal əti satılır?
16.03.2017 21:01
Saxta sənədlərlə Ölkəmizə gətirilən tuberkulyoz viruslu mal-qaralar – Bu sahə tamamilə başlı-başına buraxılıb

ANN.Az devrinnebzi.com saytına istinadən xəbər verir, ki ət bazarında virus təhlükəsi yaşandığı iddia olunur. Əsasən xaricdən gətirilən heyvanların ət bazarı üçün təhlükəli olduğu bildirilir. Bəzi mənbələrə əsasən sənədləri saxtalaşdırıb ölkəmizə vərəm viruslu mal-qaralar gətirilir ki, bu virus insan orqanizminə həddindən artıq təhlükə yaradır. Əsasən də, Gürcüstandan ölkəyə gətirilən heyvanlarda vərəm virusunun aşkarlandığı ehtimal olunur.

Gürcüstandan və digər ölkələrdən xəstə heyvanların gətirilməsi mümkündür. Gürcüstanın Saqaredjo rayonunun baytarlıq idarəsinin inspektoru Nono Buzariaşvilinin verdiyi məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında fəaliyyət göstərən Bakteriologiya və ekspress-diaqnostika şöbəsi tək burselyozu analiz edir. Tuberkulyoz virusu bizdə analiz edilmir və biz bu haqda sənəd və sertifikat vermirik.Bu sahə tamamilə başlı-başına buraxılıb.Yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəyə gətirilən heyvanlar arasında bruselyozla əlaqədar yoxlamalar aparsalar da, vərəm virusu ilə əlaqədar müayinələr həyata keçirilmir. Bu günlərdə Dadaş Şükürov adlı iş adamının Qırmızı Körpü sərhəd keçid məntəqəsindən vərəm viruslu mal-qara keçirib. Gürcüstandan alınan sənədlərdə tək birsilyoz xəstəliyinə sertfikat verilir, Dadaş Şükürov isə bu sənədə "Vərəm” xəstəliyinin müayinəsini də əlavə edib aidiyyatlı orqanlara təqdim edir. Bu isə Azərbaycanın keçmiş sovetlər birliyində birincilər sırasında olmağa şərait yaradır.

Azərbaycan tərəfi iribuynuzlu mal-qaranın Respublikamıza idxal edilməsi üçün hər iki xəstəliyin olub, olmaması barədə sertifikat tələb edir. Bəzən heyvanların xəstə olduğunu bilə-bilə onları, yaxud kəsərək ətlərini satanlar da var. Üstəlik bayramlar ərəfəsində, daha çox da Qurban bayramı ərəfəsində paytaxta gətirilərək satılan heyvanlar da çoxdur.

Hazırda iri və xırda buynuzlu heyvanlar arasında ən geniş yayılmış xəstəlik bruselyozdur: Daha sonra vərəm(tuberkulyoz virusu), dabaq, qarayara, son zamanlar isə nodulyar dermatit xəstəliyi fərqli formalarda yayılıb. Xaricdən gətirilən heyvanlar ət bazarı üçün təhlükəlidirmi?

Vərəm tək ağciyərləri deyil, insanın, demək olar, bütün orqanları zədələyə bilir (sümükləri, oynaqları, limfatik düyünləri, gözləri, dərini, cinsiyyət və sidik ifrazatı orqanlarını, yoğun bağırsağı və s.).

"Hazırda tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir”. Bu barədə Dünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. Təşkilat Azərbaycanda tuberkulyozun yayılma səviyyəsinin 22,3% təşkil etdiyini açıqlayıb.Qeyd edək ki, hər il dünyada 490 min insan tuberkulyoz virusuna yoluxur və onlardan təxminən 110 mini dünyasını dəyişir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol