• $
  • €
  • ₽
  • ₺
  • £

Son günlər üzrə çayların sululuq səviyyəsi açıqlanıb

Son günlər üzrə çayların sululuq səviyyəsi açıqlanıb
29.05.2020 10:43
Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyətə dair məlumat açıqlanıb.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-110 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, son günlər Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 288 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Martın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, son günlər Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Şirvan məntəqəsində 4, Bankədə 2 sm artım qeydə alınıb, Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2016-cı il martın 17-də 442 sm), Şirvanda 251 sm (2016-cı il martın 17-də 269 sm), Salyanda 176 sm (2016-cı il martın 17-də 214 sm), Bankədə 185 sm (2016-cı il martın 17-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il martın 17-də 150 sm) təşkil edir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol