• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün dolların sərt ucuzlaşması gözlənilir

Bu gün dolların sərt ucuzlaşması gözlənilir
27.03.2017 12:37
ABŞ fond birjaları başda olmaqla dünya fond indeksləri və dolların məzənnəsində bu gün, martın 27-də sərt ucuzlaşmanın olacağı gözlənilir.
 
ANN.Az Report-a istinadən xəbər verir ki, buna səbəb martın 24-də ABŞ-da "Obamacare” kimi tanınan eks-prezident Barak Obamanın başladığı səhiyyə islahatlarının ləğv edilməsi barədə Donald Trampın vəd etdiyi qərara öz partiyasından olan siyasətçilərin qarşı çıxması və nəticədə qərarın qəbul edilməməsi olub.

Baş verən hadisə maliyyə bazarlarında şok effekti yaradıb. Qlobal maliyyə bazarı iştirakçıları Trampın vergi islahatları və fiskal xərcləri artırmaq barədə planlarına da şübhə ilə yanaşmağa başlayıblar. 

Nəticədə ABŞ dolları bu gün səhər saatlarında, demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə ucuzlaşmağa başlayıb. 

Belə ki, USD/EUR 0,55% artaraq 1,0860, USD/GBP 0,57% artaraq 1,2545, JPY/USD isə 1,07% azalaraq 110,20 səviyyəsinə çatıb.

Xatırladaq ki, ABŞ-ın yeni prezidentinin seçki öncəsi platformasında səslənən fiskal xərclərin artırılması və vergi islahatları qərarlarının baş tutacağı ehtimalları ilə 10% bahalaşan ABŞ fond indekslərində bu gün kəskin azalmanın olması qaçılmazdır. 

Hazırda "Dow Jones” indeksində fyuçers kontraktları 0,8% və ya 160 bənd ucuzlaşıb. "Report”un analitik qrupu bu azalmanın axşam saatlarına qədər daha da artacağını proqnozlaşdırır. 

Həmçinin, ABŞ dolları üzrə ucuzlaşmanın davam edəcəyi və əsas valyuta cütlüyü USD/EUR-un 1,10-a yaxınlaşacağı ehtimal edilir.

Azərbaycan manatı üçün dolların ucuzlaşması müsbət hadisə kimi qiymətləndirilsə də, daha çox neft qiymətlərinin dəyişməsi amili əsas götürülür. 

Dolların ucuzlaşması normal şərtlər daxilində neftin qiymətinin artmasına səbəb olsa da, hazırda dünya neft hasilatının artması neft qiymətlərini 50 dollar/barelə qədər enməsinə səbəb olub. 

"Report”un analitikləri bütün bunlara baxmayaraq, sabah Bakıda keçiriləcək valyuta hərracında dolların məzənnəsinin bir qədər düşəcəyini proqnozlaşdırırlar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol