• $
  • €
  • ₽
  • ₺
  • £

Yay vaxtına keçidin ləğvi ilə bağlı problem tam aradan qaldırılıb

Yay vaxtına keçidin ləğvi ilə bağlı problem tam aradan qaldırılıb
27.03.2017 20:36
"Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərarın icrası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən operativ qaydada yerinə yetirilib. Nazirlik ilk olaraq Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büroya müraciət edib və həmin təşkilat bizim müraciəti qısa müddətdə nəzərə alaraq sistemdə müvafiq dəyişiklikləri edib. Bununla yanaşı, Azərbaycanda yay vaxtına keçidin ləğv olunması bütün mobil telefon və kompüter istehsalçılarının da diqqətinə çatdırılıb". Bunu "APA-Economics"ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov bildirib.
 
Onun sözlərinə görə, problem gözləniləndən də tez öz həllini tapıb: "Yuxarıda qeyd etdiyim şirkətlər artıq sistemlərində Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alıblar. Bundan sonra istehsalçı şirkətlər öz məhsullarında bu dəyişikliyi nəzərə almağa başladı".
 
Bəzi cihazlarda yay vaxtına keçidlə əlaqədar problemlərin yaşandığı qeyd edən şöbə müdiri bildirib ki, həmin cihazlarda əməliyyat sistemləri (UNIX) yenilənməyib: "Biz hazırda tam olaraq qeyd edə bilərik ki, problem öz həllini tapıb. Başqa sözlə, sistem şəklində problem həll olunub. Lakin bəzi cihazlarda mövcud olan əməliyyat sistemləri yenilənmə tələb edir və bu səbəbdən bəzi istifadəçilər problemlə üzləşirlər. Həmin istifadəçilərə yeni proqram təminatını yükləməyi tövsiyə edirik. Bundan sonra problem həllini tapacaq. Mobil operatorların müştəri xidməti mərkəzləri vasitəsilə də problemi aradan qaldırmaq olar. Bundan başqa, "tarix və vaxt" menyusundan "avtomatik" rejimin aktiv edilməsi də tövsiyə olunur. Əgər yenilənmə mümkün deyilsə, menyudan vaxtı avtomatik qaydada deyil, əl rejimi ilə təyin etmək olar".
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb.
 
Bildirilir ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı + 4 saat) vaxtını əsas götürməklə Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
 
Yay və qış vaxtlarına keçid ləğv edildikdən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın etalon vaxtının bu qərara uyğunlaşdırılması, həmçinin müvafiq beynəlxalq və regional təşkilatların məlumatlandırılması istiqamətində işlər görülüb. Komitə metrologiya üzrə beynəlxalq təşkilat olan Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büroya, regional metrologiya təşkilatına, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya rəsmi müraciət edərək beynəlxalq zaman sistemində Azərbaycanın mövqeyini bildirib. Hazırda Azərbaycanda zaman qurşağı sabit UTC+4 vaxtı ilə tənzimlənir. Bunu beynəlxalq təşkilatların saytında da əyani görmək olar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol