• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dollar qəfil ucuzlaşdı

Azərbaycanda dollar qəfil ucuzlaşdı
05.04.2017 15:35
Dollar 1,55-ə düşəcək

Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə qədər geriləməsi gözlənilir.

Report daha əvvəl verdiyi 1,65 AZN/USD məzənnə proqnozunu yeniləyərək 1,60 AZN/USD-yə endirib.

Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir.

"May ayının sonuna qədər dolların 1,65 manat, turizm mövsümünün sürətlənməsi ilə - iyun-iyul aylarında isə 1,60 manat səviyyəsinə düşməsi gözlənilir", - Agentliyin ekspertləri qeyd ediblər.

Analitik qrup dünya bazarında neft qiymətlərinin yaxın 2 ay ərzində 60 dollar/barel səviyyəsinə çatacağını ehtimal edir: "Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi mümkündür".

"Azərbaycan bazarında dolların məzənnəsi bank sektoru sağlamlaşdırılana qədər dalğalanmağa davam edəcək. Əsasən Azərbaycan Beynəlxalq Bankında (ABB) xarici borcların səviyyəsi önəmli dərəcədə azaldıldıqdan sonra dolların məzənnəsi təmamilə sabitləşə bilər. Lakin, 2004-2014-cü illərdə müşahidə olunan sürətli kreditləşmə və iqtisadi artım bütün dünyada olduğu kimi Azərbaycanda da yenidən bərpa olunacağı gözlənilmir", - analitiklər əlavə ediblər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol