• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə turlar olacaqmı?

Xəzərdə turlar olacaqmı?
06.04.2017 09:59
Bakıdan Nabran, Lənkəran və digər yerlərə Xəzər dənizi vasitəsilə turların təşkili təklif olunur.

"Qafqazinfo” xəbər verir ki, bu təkliflə çıxış edən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, dünyada okean və dənizlərdə müxtəlif turlar təşkil olunur və turistlər gəzdirilir. Lakin Azərbaycan Xəzər dənizinin potensialından turizm məqsədi ilə hələ tam istifadə etmir: "Azərbaycanda elə şəxslər var ki, dəniz turundan istifadə etmək üçün Türkiyə, İsveç, Norveç, Finlandiya, Danimarka kimi ölkələrə gedirlər. Amma Azərbaycanda indiyədək dənizin bu imkanlarından istifadə edilməyib. Xəzər dənizinin Azərbaycan sektorunda Nabrana, Lənkərana və digər yerlərə dəniz turları təşkil oluna bilər. Xəzər dənizinin potensialından istifadə etmək ölkəyə turistlərin daha çox gəlməsini sürətləndirəcək”.

M.Ağakərimov qeyd edib ki, Xəzər dənizində turlar təşkil olunduqda bundan yalnız Azərbaycanın deyil, Qazaxıstan, İran, Rusiyanın da əhalisi faydalana bilər.
Hazırda İrandan Azərbaycana turistlərin daha çox təyyarə və avtomobillərlə gəldiyini deyən M.Ağakərimov hesab edir ki, Xəzərdə dəniz turunun təşkili daha çox bu ölkədən gələn turistlərin sayının artmasına təsir göstərə bilər.

AzTa rəsmisi bu məqsədlə Xəzərsahili ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilələrin bağlanmasını zəruri sayır.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Dəniz Administrasiyası "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparacaqlar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol