• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda un ucuzlaşdı

Bakıda un ucuzlaşdı
06.04.2017 12:15
Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.

ANN.Az xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb.
 
""Karat Holdinq" MMC olaraq, uzun illərdir ki, un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib. Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb", - deyə məlumatda vurğulanıb.
 
Məlumatda o da qeyd olunub ki, müəssisə bundan sonra da istehsal etdiyi məhsulların keyfiyyəti və qiymətinin istehlakçıların maraqları ilə uzlaşdırılmasını daim diqqətdə saxlayacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol