• $
  • €
  • ₽
  • ₺
  • £

"Neft Daşları" üçün yeni estakadayanı meydança tikilir

"Neft Daşları" üçün yeni estakadayanı meydança tikilir
10.04.2017 11:30
"Azneft” İstehsalat Birliyinin sifarişi əsasında "Neft Daşları” yatağı üçün yeni 1541A saylı estakadayanı meydançanın tikintisi davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, "Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı "Neftqaztikinti” Trestidir.

14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydança dənizin 16 metr dərinliyində yerləşdiriləcək. 6 ədəd dayaq bloku üzərində yığılacaq obyekt 2 minik meydançası, 5 yanalma meydançası, 7 aralıq seksiyasından ibarət olacaq. Ümumi sahəsi 2400 kv.m təşkil edən meydançanın tikintisi üçün 1616 ton metal sərfi nəzərdə tutulub. Artıq metal konstruksiyaların hazırlanması işləri başa çatdırılıb, quraşdırma işlərinə start verilib. "General Şıxlinski” kran gəmisi vasitəsilə dayaq bloklarının hamısı, eləcə də 4 aralıq seksiyası layihə nöqtəsində quraşdırılıb, blokların bərkidilməsi üçün 18 ədəd svay vurulub. Meydançanın estakada ilə birləşən hissəsində də işlərə başlanılıb. Hazırda işlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.

Qeyd edək ki, 1541A saylı estakadayanı meydançadan qazılacaq quyulardan ümumilikdə sutkada 137 ton neft hasil olunacağı gözlənilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol