• $
  • €
  • ₽
  • ₺
  • £

Funt sterlinq kəskin bahalaşıb

Funt sterlinq kəskin bahalaşıb
19.04.2017 13:40
Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 8-də növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. 

ANN.Az-ın məlumatına görə, "Report” "The Guardian” qəzetinə istinadən xəbər verir ki, qərarın açıqlanması analtiklərin funt sterlinqin perspektivləri barədə müsbət qiymətləndirmənin yaranmasına gətirib çıxarıb. 

Qəzetin yaydığı məlumata əsasən, Almaniya "Deutsche Bank”ının ekspertlərinin fikrincə, növbədənkənar seçkilər funt sterlinqin məzənnəsi üçün mühüm əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, daha əvvəl bankın funt sterlinqin perspektivləri barədə proqnozları mənfi olub.
  
Britaniyanın "Brewin Dolphin” maliyyə planlaşdırılması və menecmenti şirkətinin Bazar Araşdırmaları Departamentinin rəhbəri Qay Foster (Guy Foster) hesab edir ki, "Brexit” sonrası funt sterlinqdə kəskin ucuzlaşma baş verib. 

Britaniyanın "Schroders” investisiya şirkətinin baş iqtisadçısı Keyt Veyd (Keith Wade) bildirib ki, Tereza Meyin seçkilərdə qalib gəlməsi ona yumşaq "Brexit”i həyata keçirməyə imkan verəcək. Bu da funt sterlinqin güclənməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, bu xəbər dünən funtun dollara qarşı məzənnəsinin 3,2% möhkəmlənərək 1,25 USD/GBP səviyyəsindən 1,29 USD/GBP-yə yüksəlməsinə səbəb olub. 

Azərbaycanın nağd valyuta bazarında isə funt sterlinqin manatla müqayisədə məzənnəsi 2,10 AZN/GBP-dən 2,17 AZN/GBP səviyyəsinə çatıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol