• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmtəəlik təbii qaz artıb? – ARAŞDIRMA

Azərbaycanda əmtəəlik təbii qaz artıb? – ARAŞDIRMA
19.04.2017 16:20
Dövlət Statistika Komitəsi 2017-ci ilin I rübünün yekunlarına həsr olunmuş hesabatında bildirir ki, ölkədə 6 mlrd. 954,9 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azalma deməkdir. 

Komitənin ötənilki hesabatında bu göstərici 7 mlrd. 556,8 mln. kubmetr kimi qeyd olunub. Ancaq hesablayarkən azalma tempi 7,96% təşkil edir.

ANN.Az xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban caspianbarrel.org-da yazıb.

Komitə bildirir ki, hesabat dövründə 4 mlrd. 789,4 mln. kubmetr əmtəəlik təbii qaz hasil edilib (əmtəəlik təbii qaz - satış üçün nəzərdə tutulan təbii qaz) və ötən ilin müvafiq dövrü ilə müqayisədə onun həcmində 0,9% artım qeydə alınıb.

Ancaq komitənin ötənilki hesabatına nəzər yetirdikdə aydın olur ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycanda 4 mlrd. 838,9 mln. kubmetr əmtəəlik təbii qaz hasil edilibmiş.

Demək, bu hesabla hazırda əmtəəlik təbii qazın hasilatında 1,02% azalma qeydə alınmalıydı.

Komitənin açıqladığı maraqlı göstəricilərdən biri də ölkədəki təbii qaz ehtiyatlarının həcmi ilə bağlıdır. 

Hesabata görə, 01.04.2017-ci il vəziyyətinə əmtəəlik təbii qaz ehtiyatı həcmləri 2 mlrd. 579,2 mln. təşkil edib. Ötən il bu tarixə bu göstərici 954,6 milyon kubmetr təşkil etmişdi. Yəni, artım 2,7 dəfə olub. 

Ölkənin təbii qaz sənayesində nə baş verib ki, onun ehtiyatlarında belə bir sıçrayışla artım olub? Ehtiyat deyəndə, yeni təbii qaz laylarının və ya yataqlarından getmir. Söhbət yeraltı təbii qaz anbarlarındakı ehtiyatlardan gedir. 

Maraqlıdır ki, Komitənin 2016-cı ilin IV rüb hesabatlarında bu ehtiyatlar dəyişməyib - 1167,3 milyon kubmetr həcmində qalıb, sanki ondan nə istifadə edilib, nə də ona əlavələr olub. 

Ancaq 2017-ci il başlayandan birdən-birə 2 dəfədən çox artıb və 2 mlrd. 517,2 mln. təşkil edib. 

Fevralda 2 mlrd. 549,2 mln. kubmetr, martda isə 2 mlrd. 579,2 mln. kubmetr olub.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol