• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu olanların nəzərinə

Kredit borcu olanların nəzərinə
20.04.2017 11:55
Günümüzdəki ən aktual hüquqi məsələlərdən biri problemli kreditlərlə bağlıdır. Xüsusilə də, il ərzində ikinci devalvasiyadan sonra vəziyyət daha da aktuallaşıb. Borclular borcunu ödəyə bilmir. Bu zaman bizi bir sual maraqlandırır: banklar kredit borcu olan şəxləri cinayət məsuliyyətinə cəlb edə bilərmi?

İqtisadçı ekspert Natiqli Cəfərli məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında deyib: "Bu bankla müştərinin arasında bağladığı müqavilənin şərtlərindən asılıdır. Ən son addım kimi əgər borclu məhkəməyə verilibsə və məhkəmə həqiqətən onun imkanı olduğu halda borcunu ödəmədiyini sübut edibsə, o zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Hüquqşunas Cümşüd Nəcəfov isə deyib: "Əgər siz bankdan kredit götürmüsünüzsə, adınıza daşınar və ya daşınmaz heç bir əmlak yoxdursa, yaşamaq üçün bir mənziliniz olsa belə, banklar götürülən kreditin müqabilində yaşadığınız mənzili bankın sərəncamına keçirə bilməz, yaxud hərracdan satışını qoyub krediti ödətdirə bilməz”.Hüquqşunas əlavə edib ki, 2017-ci il "Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda yaşayış minimumu əmək qabiliyyətli fiziki şəxslər üçün 164 manat 50 qəpik, əmək qabiliyyətli olmayan fiziki şəxslər üçün 130 manat 20 qəpik, yetkinlik yaşına çatmayan uşaqlar üçün isə 136 manat 60 qəpik müəyyən olunur: "Nümunə üçün bir məsələni qeyd edirəm: Tutaq ki, ailədə 4 nəfər vətəndaş yaşayır. İkisi əmək qabiliyyətli, ikisi isə yetkinlik yaşına çatmayan vətəndaşlardır. Valideynlərdən biri işləyir və aylıq məvacibi 610 manat təşkil edir. Məhkəmə qaydasında qeyd olunan aylıq məvacibin yalnız 3 manat 90 qəpiyinə kreditin ödənişi yönəldilə bilər. Çünki yaşayış minimumunu topladıqda 602 manat 20 qəpik təşkil edir. 610 manat aylıq məvacibdən 602 manat 20 qəpik çıxılır və nəticədə 7 manat 80 qəpik qalır. Məhkəmə qətnamə qəbul etdikdə kreditin ödənişi maksimum bu məbləğin 50%-nə yönəldilə bilər. Bu da 3 manat 90 qəpik təşkil edir. Belə olan halda yalnız məhkəmənin qərarı ilə vətəndaşın adına olan daşınar və ya daşınmaz əmlaka həbs qoyula bilər”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol