• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi bankın ehtiyatları azalır?

Mərkəzi bankın ehtiyatları azalır?
21.04.2017 09:20
Bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7 milyard 500 milyon manatın transfert edilməsi nəzərdə tutulub.

 "Marja” xəbər verir ki, bir neçə gün öncə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka  2 milyard  279 milyon manat transfert etdiyini açıqladı. Bu məbləğ, hazırkı rəsmi məzənnə ilə təxminən 1 milyard 340 milyon dollar edir.
 
Mərkəzi Bankın statistikasına görə, bu il Bankın rəsmi valyuta ehtiyatları 458,3 milyon dollar artaraq matrın sonuna 4 milyard 432.7 milyon dollar təşkil edib.
 
Əgər Neft Fondu Mərkəzi Banka 1 milyard 340 milyon dollar tranfer edibsə, nə üçün valyuta ehtiyatları 458,3 milyon dollar artıb?
 
Sayt yazır ki, burada 3 ehtimal var. Birincisi ola bilər ki, əslində Mərkəzi Bankın valyuta ehtiyatları 882 milyon dollar azalıb. 1 milyard 340 milyon dollar tranfer bu azalmanı artıqlaması ilə bağlayıb.  Azalma Mərkəzi Bankın hərraclarda valyuta satması ilə baş verə bilərdi.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvarda 285 milyon dollar, fevralda 258,4 milyon dollar, martda isə 250 milyon  dollar olmaqla cəmi 793,4 milyon dollar məbləğində vəsait satılmışdır. Əgər Mərkəzi Bank da hərraclarda 882 milyon dollar satmışdırsa, bu il hərraclarda banklara satılan cəmi məbləğ 1 milyard 675,4 milyon dollar olardı. Bu məbləğ inandırıcı görünmür.
 
İkinci ehtimala görə, Neft Fondu Mərkəzi Banka vəsaitin xeyli hissəsini manat şəkilində transfer edib. Ötən il Neft Fondu hərraclarda dollar sataraq aldığı manatların hamısını dövlət büdcəsinə köçürmədiyindən manatda xeyli vəsaiti mövcud idi.
 
3-cü ehtimala görə, Mərkəzi Bank Neft Fondundan aldığı tranfertin bir hissəsini digər təşkilatlara borc verə bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol