• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı neftin qiymətlərini çökdürüb

Səudiyyə Ərəbistanı neftin qiymətlərini çökdürüb
03.05.2017 15:20
Brent markalı neftin qiyməti dünən, mayın 2-də 4%-ə yaxın azalaraq 50,14 dollar/barelə enib. 

ANN.Az-ın məlumatına görə, "Report” "Vesti”yə istinadən xəbər verir ki, neft qiymətlərinin düşməsinə səbəb Səudiyyə Ərəbistanının ardıcıl üçüncü ay satış qiymətlərinə endirimi artırması amili olub. 

Belə ki, "Arab Light” markalı neft son 9 ayın maksimal endirim qiyməti ilə, "Extra Light” və "Super Light” markalı daha yüngül neft markaları isə iyun ayında 0,6 və 0,7 dollar endirimlə satılacaq.

Ekspertlər bildirirlər ki, səudiyyəlilərin başqa çıxış yolu qalmayıb. Çünki İran və İraq Asiya bazarında onların iştirak payını mənimsəməyə başlayıb.

Səudiyyə Ərəbistanının növbəti endirimlə bağlı xəbəri Brent markalı neftin qiymətini 50 dollar/barelə qədər endirsə də, dünən gecə saatlarında ABŞ-da neft və benzin ehtiyatlarının kəskin azalması qiymətlərdə azalmanın qarşısını ala bilib.

Belə ki, ABŞ-da 22-28 aprel həftəsində neft ehtiyatları 2016-cı ildən bu günədək maksimal həcmdə - 4,1 mln. barel azalma göstərib. Benzin ehtiyatlarında azalma isə 2 mln. barelə yaxın olub.

"Report”un analitik qrupu bildirir ki, neft qiymətləri bir qədər də azaldıqdan sonra may ayının 25-də keçiriləcək OPEK-in iclasının vaxtı yaxınlaşdıqca yüksəlməyə başlayacaq. 

Lakin proqnozlar göstərir ki, neftin qiymətinin 60 dollar/barel səviyyəsini keçməsi çətin olacaq. Neft qiymətlərinin 47-48 dollar/barelə qədər azalması mümkündür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol