• $
  • €
  • ₽
  • ₺
  • £

Dollarla bağlı proqnoz

Dollarla bağlı proqnoz
17.05.2017 15:20
Azərbaycanda manatın məzənnəsində ilin əvvəlindən yaranan stabillik ilin sonuna doğru pozulacaq.

Anews.az xəbər verir ki, Fins.az-ın məlumatına görə, həm iqtisadçı ekspertlər, həm də millət vəkilləri bu qənaətdədirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov hesab edir ki, dolların yenidən bahalaşmasına, əsasən, iki amil təsir göstərə bilər:

"Söhbət neftin yenidən ucuzlaşması və idxalın ilin sonuna doğru artmasından gedir”.

Ekspert bildirib ki, mayın əvvəlində Brent markalı neft 46 dollara qədər ucuzlaşmışdı:

"Bu isə xarici brokerlər tərəfindən onunla izah olundu ki, Rusiya hökuməti neft idxalının azalması ilə bağlı vahid fikirdə deyil. Təsəvvür edin ki, razılaşma baş tutmazsa, neftin qiymətləri necə dəyişə bilər.

Bundan əlavə, ABŞ neft hasilatını artırır. Rezervlərdə son iki həftədə azalma baş verir. Belə ki, ABŞ-da yay ayları ilə bağlı turizm sektoru daha çox yanacağa tələbatı formalaşdırır və müəyyən qədər neft rezervlərində azalma baş verir.

Amma ümumilikdə neft ehtiyatları son iki ayda davamlı artır. Bu özü də bazarda təzyiqlər formalaşdırır və neftin qiymətinin düşəcəyi ilə bağlı ehtimalları artırır”.

R.Həsənov idxala təsir edən amillərdən də danışıb. Bildirib ki, avqust-sentyabr aylarında məktəb ləvazimatlarına tələbatın artması ilə idxalın həcmi xeyli artacaq:

"Ölkədə bir milyondan artıq şagird, 300 mindən çox müəllim var. Yəni, bunlar bazarda kütləvi tələb formalaşdıracaq. Bu idxalla bağlı prosesə öz təsirini göstərəcək. Daha bir məqam isə ondan ibarətdir ki, ilin son rübündə büdcənin icrası ilə bağlı proseslər sürətləndiriləcək, ödənişlər artacaq”.

Ekspert hesab edir ki, bu özü də bazarda dollara tələb formalaşdıracaq: "Son nəticədə isə manat ilin sonuna kimi 10-15% ucuzlaşacaq”.

R.Həsənov deyib ki, dollar 2 manatlıq psixoloji həddi keçə bilməsə də, 1,85-1,95 manat səviyyəsinə yüksələcək.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol