• $
  • €
  • ₽
  • ₺
  • £

Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb

Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb
19.05.2017 23:40
Braziliya ilə yanaşı Türkiyə, Rusiya və CAR-da maliyyə aktivləri ucuzlaşıb.

Braziliya hakimiyyətində meydana gələn rüşvət skandalları ölkənin maliyyə sistemində böhran vəziyyəti yaradıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bir sıra yüksək vəzifəli məmurun rüşvət alması barədə səs yazılarının ortaya çıxmasından sonra Braziliyanın milli valyutası - real dünən, mayın 18-də ABŞ dolları ilə müqayisədə 7,25% ucuzlaşaraq 3,41 səviyyəsinə geriləyib.

Braziliyanın əsas fond birjası indeksi olan "Bovespa" 8,8% , IBOV indeksi isə 10% geriləyib. Rüşvət skandalına adı qarışan JBS şirkətinin səhmləri isə 15% ucuzlaşıb. Kəskin şəkildə düşməyə başlayan fond birjalarında əməliyyatlar dayandırılıb.
 
"Citibank"ın analitikləri əməliyyatların başlaması durumunda satışların davam edəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid olan Braziliyada baş verən böhran bu qrupdakı digər ölkələrə də təsirsiz ötüşməyib. Türkiyə, Rusiya, Cənubi Afrika Respublikası kimi ölkələrin də yerli valyutaları ucuzlaşıb və fond birjaları 2-3% geriləyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol