• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsullar ucuzlaşa bilər

Bu məhsullar ucuzlaşa bilər
22.05.2017 15:25
Sabahdan Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.

APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

Aprelin 22-də dərc edilən bu qərar 30 gün sonra, mayın 23-də qüvvəyə minir.

İndiyə qədər qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və  texniki məqsədlər üçün bitkilər, saman və yem) digər mallar gömrük dəyərlərinin 3 faizi həcmində gömrük idxal rüsumuna cəlb edilib.

Dəyişikliyə əsasən, tütün toxumları ayrıca sətirdə göstərilməklə, gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3 faiz gömrük idxal rüsumuna cəlb olunur.

Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib.

Dəyişikliyə əsasən, ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə, bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol