• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ilbiz ixracına başlayır

Azərbaycan ilbiz ixracına başlayır
23.05.2017 12:40
Proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti bir çox xalqlar tərəfindən yeyilir. 

Anews.az "Marja”ya istinadən xəbər verir ki, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir. 

Bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak olunur. İlbiz ixracı ilə az sayda ölkə məşğul olur. Bu ildən Azərbaycan da ilbiz ixrac edən ölkələr sırasına qoşulacaq. 

Belə ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri bu ildən ilbiz ixracına başlayıb. Şirkətin təsisçisi qeyd edib ki, ilbiz toplamağın gəlirli olduğunu bilən bir çox ailələr Bakıdan yenidən öz kəndinə qayıdıblar. 

Hazırda 30-dan çox kənddə ilbiz toplanır. İlbizlər Şamaxıdakı məntəqədə qəbul olunur. Kəndlilərdən ilbizin kiloqramı 50 qəpikdən alınır. Yağışdan sonra daha çox ilbiz toplamaq mümkündür. İlbiz qaldıqca çəki itirir. 

Buna görə, yığılmış ilbizlər tez emala verilir. İlk öncə zavodda ilbizlər isti buxarda prosesdən keçir, ölçülərinə görə ayrılır və sonra yuyulur. Növbəti mərhələdə ilbizlər çanağından çıxarılır və bağırsaqları kəsilib atılır. Əldə edilən ət bişirilir və mənfi 35 dərəcədə şoklanıb dondurularaq mənfi 18 dərəcədə soyuducuda saxlanılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol