• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Neftin hazırkı qiymətləri qənaətbəxşdir

Nazir: Neftin hazırkı qiymətləri qənaətbəxşdir
24.05.2017 11:45
Mayın 25-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Vyanada yerləşən mənzil-qərargahında OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək. 

Görüşdə ötən il dekabrın 10-da neft hasilatının azaldılmasına dair OPEC və qeyri-OPEC ölkələrinin qəbul etdikləri "Vyana bəyannaməsi”nin müddətinə baxılacaq.

Görüşdə ölkəmiz energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Anews.az xəbər verir ki, tədbirdən əvvəl Natiq Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ötən ilin dekabrında OPEC ilə qeyri-OPEC ölkələri arasında imzalanan "Vyana bəyannaməsi” tarixi əhəmiyyət daşıyır.

Daha əvvəl keçirilən və nəticəsiz başa çatan görüşlər qlobal neft bazarlarına mənfi təsirlər göstərirdi. Lakin dekabr ayında əldə edilən razılaşmadan, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılmasına dair götürdükləri öhdəlikdən keçən dövr ərzində dünya bazarlarında xam neftin qiymətində sabitləşmə müşahidə olunur.

Həmin toplantıdan sonra yaradılmış texniki komitə və monitorinq qrupu bu qərarın dünyanın neft bazarlarına təsirini araşdırır və onlar mütəmadi olaraq iştirakçı ölkələrə hesabatlar verir.

Növbəti toplantıda da komitə dünya bazarlarında hansı tendensiyaların və trendlərin mövcud olması, müxtəlif ölkələrin inkişaf tempi, ilin sonuna kimi bazarlarda xam neftə tələbatın ehtimal olunan səviyyəsi və digər amillər barədə hesabat verəcək.

Görüşdən əvvəl Azərbaycan tərəfinin neft istehsal edən müxtəlif ölkələrlə hasilatın həcminin hazırkı səviyyədə saxlanmasına dair məsləhətləşmələr apardığını deyən nazir bildirib:

"Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə Bakıda keçirilən görüşdə təsdiqlədik ki, "Vyana bəyannaməsi”ndə nəzərdə tutulan qərarlar dünya bazarlarına müsbət təsir göstərib və ona görə də həmin tədbirlər davam etdirilməlidir.

Lazım gələrsə, əlavə tədbirlər də görülməlidir. Qərara aldıq ki, hasilatın azaldılmasına deyil, istehsalın həcminə dair qəbul edilmiş qərarın müddətinin ilin sonunadək uzadılmasına dair birgə təkliflə çıxış edək”.

Nazir bildirib ki, görüşdə Rusiyanın mövcud qərarın müddətinin daha doqquz ay uzadılmasını təklif edəcəyi gözlənilir. O deyib: "Bizim təklifimiz hasilatın hazırkı həcminə dair mövcud qərarın müddətinin uzadılmasından ibarətdir. Bu müddətin altı və ya doqquz aydan ibarət olması mahiyyətcə ciddi fərq yaratmır”.

Natiq Əliyev, həmçinin vurğulayıb ki, digər ölkələrin müvafiq rəsmiləri ilə keçirilən görüşlərdə hasilatın hazırkı həcminə dair qərarın müddətinin uzadılması barədə yekdil fikir ifadə edilib.

Qlobal neft bazarında formalaşan hazırkı qiymətin həm istehsalçılar, həm də istehlakçılar üçün qənaətbəxş olduğunu söyləyən nazir deyib:

"Əsas məsələ odur ki, biz tələblə təklif arasında uyğunluğa nail olmuşuq. Bu uyğunluq bazarlarda neftin qiymətinin sabitləşməsinə gətirib çıxarıb. Məhz buna görə də hasilat və qiymət arasındakı mütənasibliyi qoruyub saxlamaq lazımdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox