• $
  • €
  • ₽
  • ₺
  • £

Apreldə ən çox ixrac olunan məhsullar məlum oldu – SİYAHI

Apreldə ən çox ixrac olunan məhsullar məlum oldu – SİYAHI
24.05.2017 12:40
2017-ci ilin aprel ayı ərzində 377 şirkət 143 milyon ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac edib. 

Anews.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün icmalında məlumat verilib. 

Bildirilib ki, aprel ayı üzrə ixrac olunan əsas mallar bunlardır: qızıl, təzə və ya soyudulmuş tomat, kimya sənayesi məhsulları, elektrik enerjisi, fındıq, pambıq lifi, şəkər, alüminium, xurma, alma və s. 

Aprel ayında qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya qərarlaşıb. 

Qeyd edək ki, 2017-ci ilin 4 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 2016-cı ilin eyni dövrü ilə müqayisədə 22% artıb. Bu ixrac əməliyyatlarında 846 şirkət iştirak edib.

2017-ci ilin ilk 4 ayında qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var. Onlardan Rusiya və Türkiyəyə ümumilikdə 100 milyon ABŞ dollarından çox qeyri-neft məhsulları ixrac edilib. 

4 aylıq məlumatların təhlilindən aydın olur ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen tutur. Bu müddətdə həmin məhsul 34,1 milyon ABŞ dolları həcmində ixrac olub. 

İkinci yerdə isə təzə və ya soyudulmuş tomat qərarlaşıb - 33,8 milyon ABŞ dolları həcmində. İxrac həcmi 28 milyon ABŞ dolları olan qabığı təmizlənmiş fındıq isə 3-cü yerdədir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol