• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir

Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir
24.05.2017 23:01
Türkiyə bununla bağlı yeni qaydalar tətbiq edib

Türkiyə Rusiya taxılının tədarükündə əlavə məhdudiyyətlər tətbiq edib. "Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Sovekon" analitik mərkəzi və rusiyalı ixracatçılar məlumat veriblər.

Yeni qaydalara görə, bundan sonra taxıl idxalı üçün verilən bütün lisenziyalarda Rusiyanın payı 25%-dən çox olmamalıdır. Bu sənəd ölkəyə taxılın emalı və sonrakı ixracına dair rüsumsuz tədarükünü reallaşdırmaq üçün zəruridir. O, ölkənin daxili bazarının müdafiə aləti hesab edilir.

Rusiyalı treyderlərdən birinin sözlərinə görə, Türkiyə, Rusiya kimi öz bazarını qoryur: "Amma Rusiya taxılının idxalı üçün rüsumsuz rejmdən faydalanmaq məqsədi ilə türkiyəli idxalçı taxılın 75%-ni haradan alacağını da fikirləşməlidir. Ancaq bu halda o, Rusiyadan 25% ala bilər. Bu, idxalçılar üçün problemdir, çünki onlar logistikanı dəyişməli, tədarük üçün yeni sxemlər yaratmalıdırlar".

"Sovekon" analitik mərkəzin direktoru Andrey Sizov hesab edir ki, Türkiyənin bu addımı Rusiyanın bu ölkədən pomidor idxalına dair tətbiq etdiyi qadağanı tam götürməməsi ilə bağlı ola bilər. O, əlavə edib ki, Türkiyənin Taxıl məsələləri üzrə Komitəsi Rusiyanı mayda keçirilən qargıdalının mümkün tədarükçü ölkələrinin tenderinə daxil etməyib.

"Vedomosti" qəzeti yazır ki, Rusiya Türkiyə üçün kənd təsərrüfatı məhsullarının strateji tədarükçüsüdür. Aqrar bazarın konyunkturu İnstitutunun məlumatına görə, son illər Türkiyədə istehsal edilən unun 70-75%-i Rusiya taxılından alınıb. Rusiya öz növbəsində Türkiyəyə ixrac edilən taxılın 12-13%-ni tədarük edir. Bu da, Rusiya taxılının əsas alıcısının Türkiyə olduğunu göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol