• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-dan uşaqlar üçün silsilə tədbirlər keçirdi

Kapital Bank-dan uşaqlar üçün silsilə tədbirlər keçirdi
30.05.2017 15:02
Xəbər verdiyimiz kimi, Kapital Bank-ın 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Nağıllara səyahət” adlı sosial layihə təşkil etdi. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olundu. Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.

"Hər il olduğu kimi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində balaca dostlarımızı sevindirəcək layihə təşkil etdik. Bu ilki tədbiri daha geniş miqyasda həyata keçirərək, ölkənin bir sıra regionlarını əhatə etdik. Tamaşalarda ümumi olaraq 4000-ə yaxın uşaq qatıldı. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olundu və məktəblilərə Kapital Bank adından hədiyyələr verildi. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və ASAN Radioya təşəkkürümüzü bildiririk”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, layihə çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında "Kəlilə və Dimnə” tamaşası, Gəncə Dövlət Dram Teatrında "Tıq-tıq xanım”, Lənkəran Dövlət Dram Teatrında "Ceyranın ad günü” və Abdulla Şaiq adına Dövlət Kukla Teatrında "Tıq-tıq xanım” tamaşası nümayiş olundu.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol