• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev işçi qrupu yaratdı

İlham Əliyev  işçi qrupu yaratdı
29.05.2020 11:45
Prezident İlham Əliyev Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaratmış, dinamik sosial-iqtisadi inkişafa təkan vermişdir. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırmışdır. Heç şübhəsiz, xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona” elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri:
Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
İşçi qrupun üzvləri:
İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azər Cəfərov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini
İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Əfqan Nağıyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Taleh Ziyadov - "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış İşçi qrup üç ay müddətində:

2.1. azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər versin.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol