• $
  • €
  • ₽
  • ₺
  • £

Qax-Zaqatala avtomobil yolu təmir edilir

Qax-Zaqatala avtomobil yolu təmir edilir
08.06.2017 16:20
Uzunluğu 29,8 km olan avtomobil yolunun Qax rayonu ərazisindən keçən 8,4 km-lik hissəsində torpaq işləri görülür.

"Azəravtoyol” ASC Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması işlərini davam etdirir.

Qurumdan "Report”a verilən məlumata görə, uzunluğu 29,8 km olan yolun Qax rayonu ərazisindən keçən 8,4 km-lik hissəsində torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılır.

3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 12 m, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m, çiyinlərin bərkidici zolaqla birgə eni 2,5 m-dir. Ümumilikdə yolun 320 min m2 sahəsinə 3 qat olmaqla və 22 sm qalınlınğnda asfalt-beton örtüyünün salınması nəzərdə tutulur.

Bundan başqa, layihə çərçivəsində 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub. Artıq sözügedən işlərdən Qum çayı üzərində uzunluğu 18 m və 1 aşırımlı körpünün tikintisi başa çatdırılıb. Süskənd çayı üzərində yerləşən 2 aşırımlı və uzunluğu 36 m olan avtomobil körpüsünün isə tikintisi davam etdirilir. Həmçinin 6 yerdə ümumi uzunluqları 90 m olan dəmir-beton suötürücü boruların da quraşdırılması yekunlaşdırılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 75 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işi aparılacaq.

Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 km-lik məsafə qısalaraq 36 km olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol