• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə dövlət müəssisəsi ləğv olunub

Bir neçə dövlət müəssisəsi ləğv olunub
14.06.2017 10:00
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "Azelektromaş” Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğunu elan edib.

Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.

Bundan başqa, Azərbaycan prezidentinin "Standartlaşdırma, Metrologiya, akkreditasiya və patent hüquqi obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10.02.2017-ci il tarixli fərmanına əsasən, ləğv edilmiş Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan "AzStandartinform” MMC-nin ləğvi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 may 2017-ci il tarixində sərəncam qəbul olunub.

Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb.

"AzStandartinform” tərəfindən krediti və debitor borcları yaranan müəssisə və təşkilatlar elanın dərc olunduğu gündən 60 gün ərzində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Eyni zamanda, adıçəkilən fərmana əsasən, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində fəaliyyət göstərən "AzSert” MMC ləğv olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb. "AzSert” tərəfindən kreditor və debitor borcları yaranan müəssisə və təşkilatlar bu elanın dərc olunduğu gündən 60 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Əlavə olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AZTEST) ləğv edilməsi barədə 04.05.2017-ci il tarixli sərəncamına və komitə sədrinin 07.06.2017-ci il tarixli əmrinə əsasən, AZTEST ləğv edildiyini elan edib. AZTEST tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar iyunun 9-dan 15 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol