• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” KSM strategiyası çərçivəsində

“Nar” KSM strategiyası çərçivəsində
19.06.2017 11:10
"Rabitə” idman klubunu dəstəkləməyə davam edir

"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "Rabitə” idman klubunu dəstəkləməkdə davam edir. Belə ki, operator tərəfindən bu idman klubuna dəstək layihəsinin ikinci mərhələsi uğurla start götürüb.

"Nar”-ın dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar "Rabitə” idman klubunda mütəmadi olaraq təşkil edilən boks təlimlərində iştirak edirlər. Gənc boksçulara "Rabitə” klubunun dünya və Avropa çempionu olmuş peşəkar boksçular təlim keçirlər. Təlimlərin keçirilməsində əsas məqsəd kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi və idmana olan marağın artırılmasıdır. Layihə çərçivəsində təlimlərdə iştirak edən uşaqların bir çoxu məktəblilər arasında keçirilən müxtəlif boks turnirlərində qızıl medallara sahib olublar.

Artıq ikinci ildir ki, "Rabitə” idman klubunun baş sponsoru olan "Nar” bu il də gənc boksçuları ən yeni idman ləvazimatları ilə təmin edib. "Nar”-ın gənc boksçulara dəstəyini yüksək qiymətləndirən "Rabitə” idman klubunun prezidenti Fərhad Acalov gənc boksçuların gələcəkdə böyük uğurlar əldə edəcəklərindən əmin olduğunu qeyd edib.

Xatırladaq ki, məşqlərdə iştirak edən uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatı və nəqliyyat "Nar” tərəfindən təşkil edilir. Bu sosial layihə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində "Nar”-ın sponsorluğu ilə həyata keçirilir. "Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir.

"Nar”-ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol