• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada yeni yollar salınır – FOTO + VİDEO

Astarada yeni yollar salınır – FOTO + VİDEO
03.07.2017 20:02
Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur. Söhbət Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisindən gedir.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu Hirkan Milli Parkının ərazisindən keçir.

Uzunluğu 26 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Burada layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla, ümumi eni 10 metr təşkil edir. Buraya 6 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metrlik çiyinlər daxildir.

Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.

Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır ki, asfaltlanacaq sahə 150 min kv. m-dən çoxdur.

Bundan başqa, layihədə bir aşırımlı dəmir-beton konstruksiyalı 1 ədəd avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12,4-cü km-də yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq.

Görülən işlərə uyğun olaraq yol boyu atmosfer və dağ sularının ötürülməsi üçün müxtəlif diametrli su ötürücü borular quraşdırılıb.

Tikinti işləri bitdikdən sonra sözügedən yola 134 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin rahatlaşmasına, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, həmçinin sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranmasına, bununla da turizmin inkişafına səbəb olacaq.
 
 
 
 



    
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol